…Alman və Hollivud rejissoru Volfqanq Petersen 81 yaşında vəfat edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

KİV-in məlumatına görə, rejissor avqustun 12-də Brentvuddakı (Los-Anceles) evində dünyasını dəyişib. Publisist Mişel Beqa Petersenin ölümünün səbəbinin mədəaltı vəzi xərçəngi olduğuna aydınlıq gətirib.

Qeyd edək ki, Volfqanq Petersenin “Sualtı qayıq” tablosu altı nominasiya üzrə “Oskar”a namizəd olub. Rejissor həmçinin “Bitməyən hekayə”, “Mənim düşmənim”, “Prezidentin təyyarəsi”, “Mükəmməl tufan”, “Troya” kimi filmləri ilə də tanınır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə