Çanaqqalada 2200 illik Roma fəvvarəsinin qalıqları tapıldı

Arxeoloji qazıntı qrupunun başçısı, Çanaqqala Onsekiz Mart Universiteti Ədəbiyyat fakültəsinin arxeologiya kafedrasının müəllimi, professor Nurettin Arslan sözügedən fəvvarə ilə bağlı belə deyib...

Türkiyənin Çanaqqala rayonunun Ayvacık qəsəbəsinə bağlı Behramkale kəndi yaxınlığında yerləşən Assos antik şəhərində 2200 illik Roma fəvvarəsinin qalıqları tapılıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Arxeoloji qazıntı qrupunun başçısı, Çanaqqala 18 Mart Universiteti (Onsekiz Mart Üniversitesi) Ədəbiyyat fakültəsinin arxeologiya kafedrasının müəllimi, professor Nurettin Arslan sözügedən fəvvarə ilə bağlı belə deyib: "İlkin təsbitlərimizə görə, möhtəşəm bir fəvvarə olub. Assosda çox sarnıçlar var idi, lakin yeni tapıntıda ilk dəfə monumental fəvvarə quruluşunu görürük. Söhbət eramızdan əvvəl 2-ci əsrdə tikilən təxminən 2200 yaşlı bir fəvvarədən gedir.

Assos hündür bir təpədə, təbii su ehtiyatlarından məhrum bir ərazidə yerləşir. Buna görə antik şəhərin həm rəsmi binalarında, həm də yaşayış yerlərində qayaların oyulması və ya kəsilməsi ilə düzəldilmiş yeraltı su çənləri və sarnıçlar olub.”

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...