TRT-nin ortaq istehsalı olan mükafatlı filmlər

TRT-nin verdiyi məlumata görə...

Türkiyə Radio və Televiziya Qurumu – TRT-nin ortaq istehsalı olan filmlər kino aləmində diqqət çəkir.

SİA-nın əldə etdiyi məlumata görə, TRT-xəbər verir ki, 12-19 avqust tarixləri arasında keçirilən 28-ci Sarayevo Film Festivalı Ruben Östlundun rejissorluq etdiyi “Qızıl palma” mükafatlı TRT-nin ortaq istehsalı olan “Kədər üçbucağı” (Hüzün Üçgeni (Triangle of Sadness) filmi ilə açılıb.

Açılış mərasimindən sonra nümayiş etdirilən kinoya böyük açıq səma altındakı kinoteatr və Sarayevo Milli Teatrında minlərlə insan baxıb.

Fevral ayında Almaniyada keçirilən Berlin Film Festivalının əsas yarışmasında dünya premyerasını edən və festivaldan “Xüsusi xatirə mükafatı” ilə ayrılan TRT-nin dəstəklədiyi “Bir parça göy” (A Piece of Sky) filmi isə İsveçrənin “Oscar”ına namizəd seçilib.

Rejissoru Maykl Kox (Michael Koch), prodüseri Kristof Neraxer (Christof Neracher) olan İsveçrə-Almaniya birgə filmi 2021-ci ildə dünyanın ən nüfuzlu kinofestivallarından biri olan 55-ci “Karlovy Vary” film festivalının “Şərq vədləri” (Eastern Promises) sənaye bölməsində montaj prosesində olan filmlərin “First Cut+” kateqoriyası üzrə "TRT Award" mükafatına layiq görülüb.

Rejissoru Ümit Köreken, prodüseri Nursen Çetin Köreken olan, TRT-nin ortaq istehsalı “Bir Umut” filmi Rusiyada keçiriləcək Moskva Film Festivalında təqdim olunacaq.

Türkiyə, Almaniya və Sloveniya birgə istehsalı olan "Bir Umut" filmində kinoda rol almaq istəyən teatr aktyoru Umutun hekayəsi və 20 ildir görmədiyi anası ilə yenidən bir araya gələrkən 42 saat içində həyatının alt-üst olmasından bəhs edir.

İsveçrədə keçirilən 75-ci Lokarno Film Festivalının əsas müsabiqə seçiminə daxil olan TRT-nin ortaq istehsalı “Balıqlara vəz” filmi “Yaşıl Bəbir WWF”nin xüsusi mükafatı və Gənc Münsiflər Heyəti Mükafatına layiq görülüb.

İtaliyada keçirilən 51-ci Giffoni Film Festivalında dünya premyerası olan və basketbol vasitəsilə siniflər arasındakı fərqləri izah edən TRT-nin ortaq istehsalı "Pota" isə avqustun 19-da kinosevərlərlə görüşəcək.

Ahmet Toklunun ilk uzun metrajlı filmi "Pota" Antaliya Film Festivalında Sümer Tilmaç Antaliya Film Dəstək Fondu Mükafatına, eləcə də İspaniya, Çin və Hindistanda qatıldığı festivalların mükafatlarına layiq görülüb.

Xarakter dizaynları və səhnə tərtibatı ilə 4 illik iş nəticəsində böyük ekrana gələn TRT-nin ortaq istehsalı “Karagöz” isə avqustun 26-da tamaşaçılarla görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə