Azərbaycanlı hakim İslamiada final oyununda iştirak edəcək

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov bu gün qadın voleybolçular arasında keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının final matçında Türkiyə – İran görüşündə ədaləti qoruyacaq.

SİA Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Zülfüqarov Türkiyənin Konya şəhərində təşkil olunacaq matçda əsas referi olacaq.

Ona kamerunlu Reqin Um kömək edəcək.

Qeyd edək ki, həmin matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...