“Betmen” filminin davamının çəkilişlərinə razılıq verilməyib

Robert Pattinsonunu baş rolunu oynadığı “Betmen”in (“Batman”) ikinci hissəsinin çəkilişləri hələ də “Warner Bros.”-un rəhbərliyi tərəfindən təsdiqlənməyib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, kino şirkətinin özü sikvel barədə aprelin sonunda elan etsə də, istehsala hələ rəsmən razılıq verilməyib.

Hazırda problem “Warner Bros.”un yeni rəhbərliyi ilə əlaqədardır: David Zaslav hələ də “Betmen 2”-yə razılıq verməyib.

Rivzin layihənin gələcəyinə şübhəsi olmadığını bildirib. Çünki Robert Pattinsonun iştirakı ilə çəkilən filmi dünya kassalarında təxminən 770 milyon dollar toplayıb, tamaşaçılar və mətbuat tərəfindən də bəyənilib.

Bununla belə, “Batman 2”-nin buraxılışına hələ ən azı bir neçə il olduğu düşünülür.

Ekspertlər filmin premyerasının 2024-cü ildən tez olmayacağını bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...