“Məğlubedilməz şəhər”də qladiator məzar izləri

Türkiyənin Adana rayonunun Anavarza antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı Roma dövrünə aid qladiator məzarlarının izləri tapılıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Təxminən 2000 yaşlı, “Məğlubedilməz şəhər” kimi tanınan, antik dünyanın ilk iki zolaqlı yolu ilə tarixə düşən, əzəmətli qapı və qalalı Anavarzada elmi qazıntılar 2 arxeoloq, 30 nəfərlik elmi qrup və 24 işçi tərəfindən davam etdirilir.

Amfiteatr ətrafında cəmləşən qazıntılarda qədim Romada bir-biri ilə döyüşən qladiatorların məzarlarının və arenada yırtıcı heyvanların izləri tapılıb

Bütün xəbərlər Facebook səhifəmizdə