Amerikalı aktrisa Oliviya Nyuton-Con vəfat edib

Amerikalı aktrisa və müğənni Oliviya Nyuton-Con 74 yaşında vəfat edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə onun əri Con İsterlinq “TMZ” telekanalına danışarkən bildirib.

Onun sözlərinə görə, sənətçi avqustun 8-i bazar ertəsi səhər saatlarında Cənubi Kaliforniyadakı fermasında ailəsi və dostlarının əhatəsində dünyasını dəyişib.

Nyuton-Con 30 ildən çox döş xərçəngi ilə mübarizə aparırdı. Ölümün konkret səbəbi açıqlanmayıb. Bununla belə, aktrisaya yaxın mənbə nəşrə verdiyi müsahibədə "metastatik döş xərçəngi ilə mübarizəni uduzduğunu" bildirib.

Oliviya Nyuton-Conun Con Travolta ilə birlikdə oynadığı musiqili “Grease” əsəri hələ 1978-ci ildə buraxılıb.

Nazlı Almuradova

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə