"Xarıbülbül" və "Qarabağ" kolleksiyaları Rusiyada

"Kazan Kremlin" muzey-qoruğunda tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" kolleksiyaları təqdim edilir

Rusiyada Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" kolleksiyaları təqdim olunur.

SİA-nın əldə etdiyi məlumata görə, "Kazan Kremlin" muzey-qoruğunda tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" kolleksiyaları təqdim edilir.

Defile 2 avqustdan 5 avqustadək Kazanda (Tatarıstan) keçirilən ikinci Etno - Fashion xalq yaradıcılığı və Dekorativ - Tətbiqi İncəsənət Festivalı "Həyat tərzi - Mədəni kod" çərçivəsində nümayiş olunur. Festivalda Rusiyanın 24 regionundan, həmçinin Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan və digər ölkələrdən 30 dizayner iştirak edir. Burada tanınmış dizaynerlərin yaradıcılıq görüşləri və ustad dərsləri təqdim olunur.

Festival Rusiyanın Sənaye və Ticarət Nazirliyi, Tatarıstan Respublikası Hökuməti, Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi və Avrasiya Etnodizaynerlər Assosiasiyasının dəstəyi ilə təşkil edilib.

Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...