Mədəniyyət naziri vətəndaşlarla görüşəcək

Mədəniyyət naziri vətəndaşlarla görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov avqustun 31-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 1) Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşlarla görüşəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, vətəndaşlar avqustun 26-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə