İspaniya prokurorluğu dünyaca məşhur kolumbiyalı müğənni Şakiranı vergidən yayınmaqda ittiham edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Şakira 2011-ci ildən 2014-cü ilə qədər İspaniya xəzinəsinə vergi ödəməməkdə ittiham olunur.

Bununla əlaqədar olaraq, prokurorluq müğənni üçün 8 il 2 ay həbs cəzası və 23 milyon avro cərimə tələb edir.

Bildirilir ki, Barselona məhkəməsi yaxın zamanlarda bu işlə bağlı dinləmələrin başlamasına qərar verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə