Gəncə şəhərində yerləşən Kəlbəcər rayon Mədəniyyət Sarayında Gəncə Dövlət Kukla Teatrı 36-cı mövsümünü Əhməd Orucun “Zınqırovlu pişik” tamaşası ilə başa vurub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Gəncə Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru, Vətən müharibəsi qazisi, Prezident mükafatçısı, teatrın baş rejissoru Şamil Məmmədli, quruluşçu rəssam Sara Məmmədovadır. Əsas rolları Səməd Xanəhmədov, Elmar Vəliyev, aktyor Məhəmməd Hacıyev və teatrın aparıcı aktrisaları Zülfiyyə Əliyeva, Nərmin Şərifova ifa ediblər.
Tamaşada Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru Arif Marifli, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktor əvəzi, Əməkdar artist Elçin Elçiyev, şəhid və qazi övladları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB