Rusiyalı aktrisası Liya İdris qızı Axedjakova İsrailə getməyi planlaşdırır. Orada o, Lyudmila Ulitskayanın pyesi əsasında hazırlanmış “Mənim nəvəm Benjamin” tamaşasında səhnəyə çıxmağa hazırlaşır.
Deyilənlərə görə, səfər bu ilin oktyabr ayına planlaşdırılıb, lakin Liya Axedjakovanın özü bunun baş tuta biləcəyinə hələ əmin deyil. Aktrisa bunun təhlükəli və ya kompromat olduğuna inanmır. Məsələ bundadır ki, teatrın rəhbərliyinə görə turlar pozula bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,
Liya Axedjakova son zamanlar adının getdikcə qalmaqallarda hallandığını bildirib. Belə ki, onun iştirak etdiyi bütün tamaşaların Sovremennik Teatrının repertuarından çıxarıla biləcəyi barədə məlumatlar üzə çıxıb. Teatrda bu söz-söhbətlər təkzib edilib, çünki bunun üçün heç bir əsas yoxdur. \
Əgər Liya Axedjakovanın qastrol səfəri baş tutsa, Tel-Əviv, Aşdod, Hayfa və Karmiel sakinləri onu səhnədə görə biləcəklər. Məhz bu şəhərlərdə yuxarıda adları çəkilən tamaşanı nümayiş etdirməyə hazırlaşırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB