Amerikalı müğənni-bəstəkar Laura Pergolizzi (LP) Azərbaycanda ilk dəfə konsert verəcək.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki,şou-proqram sentyabrın 30-da Bakı Konqres Mərkəzində baş tutacaq.
Qeyd edək ki, LP ləqəbiylə tanınan müğənni 2001-ci ildə müstəqil pop janrındakı “Heart-Shaped Scar” adlı debüt albomunu yayımladıqdan sonra böyük uğur əldə edib. Son illərdə isə ifa etdiyi “Lost on you” mahnısı 17 ölkədə hitə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB