Dimaşın Almatıda ilk konserti olacaq

Payızda Almatıda Dimaş Kudaibergenin ilk solo konserti baş tutacaq. SİA bu barədə rus saytlarına istinad edir.

"Əziz dostlar! Mənim Stranger solo konsertim Almatıda keçiriləcək! Gözəl cənub paytaxtımızda ilk dəfədir ki, konsert verəcəyəm!" sosial şəbəkədə yazıb.

Sənətçi ictimaiyyətə sevimli hitləri, yeni mahnıları və rəngarəng şousu vəd edib. "Doğma vətənimdə Dears ilə yenidən görüşmək mənim üçün çox həyəcanlıdır! Sizi görməyi səbirsizliklə gözləyirəm!" Dimaş əlavə edib.

Konsert sentyabrın 23-nə planlaşdırılıb, biletlər hələ satışda deyil.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə