“Ceyms Bond”un prodüseri yeni filmin çəkiliş tarixini açıqlayıb

Ceyms Bond haqqında silsilə filmlər üzərində işi ilə tanınan amerikalı prodüser Barbara Brokkoli "Bond" serialının növbəti hissəsinin çəkilişləri ilə bağlı planlarından danışıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, prodüserin sözlərinə görə, çəkiliş qrupu ən tez iki ildən sonra işə başlaya biləcək. Belə bir qərar “Agent 007”nin imicində köklü dəyişikliklərlə bağlıdır.

Brokkoli əlavə edib ki, hələ Daniel Kreyqi əvəz edəcək aktyorla bağlı yekun qərara gəlinməyib. Eyni zamanda, yanvarda prodüserlər yeni “Agent 007” roluna İdris Elbanın namizədliyini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə