Sevimli “Minyonlar” nümayiş olunacaq

“CinemaPlus” premium kinoteatrlar şəbəkəsində iyunun 30-dan etibarən hər kəsin sevdiyi “Minyonlar 2” kimi tanınan, Amerikan animasiya komediyasının - “Minyonlar: Qrüvitasiya”nın nümayişi başlayacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu, “Mən yaramazam” (2010) cizgi filmində tamaşaçıların qarşılaşdıqları kiçik sarı canlılar haqqında “Minyonlar” (2014) filminin davamıdır.

Rejissor Kayla Balda, Stiv Karell və Pyer Koffen əvvəlki hissələrdəki rollarını təkrarlayırlar. Taraci Henson, Mişel Yeo, RZA, Jan-Klod Van Damm, Lyusi Lauless, Dolf Lundqren, Denni Treho, Rassell Brend, Culi Endryus və Alen Arkin də aktyor heyətinə qoşulub.

Filmin dünya premyerası iyunun 13-də “Annecy” Beynəlxalq Animasiya Filmləri Festivalında baş tutub.

Qeyd edək ki, film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...