“12 Punto 2022”-nin mükafat mərasimi keçirilib

Türkiyə Radio Televiziya Qurumunun (TRT) təşkil etdiyi “12 Punto 2022”nin mükafatları təqdim edildi

İstanbulda keçirilən və TRT 2 kanalından canlı yayımlanan mükafat mərasiminə TRT İdarə Heyətinin sədri Əhməd Albayrak, TRT Baş direktoru Mehmet Zahid Sobacı, Kannda Qızıl Palma mükafatını qazanan “Kədər Üçbucağı” filminin prodüseri Filip Bober, rejissor Eliah Süleyman, Sarayevo filmə Film Festivalının direktoru Jovan Marjanovic, Avropa Film Akademiyasının prezidenti Mike Downey, Türk və dünya kinosunun məşhur simaları qatılıb.

TRT-nin baş direktoru Sobacı mərasimin açılışında etdiyi çıxışında: “Bu il 12 Punto film mükafatına 134 uzun metrajlı film layihəsi müraciət etdi. 12 Punto öz fəlsəfəsi, məqsədi çərçivəsində çox qısa müddətdə kino sektorunda brend oldu”. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Bu il üçüncü dəfə beynəlxalq layihələrə dəstək verdiklərini xatırladan Baş direktör Sobacı TRT-nin ortaq istehsalallarının son bir ildə 202 festivalda 125 mükafat qazandığın xatırladaraq: “Türkiyənin ictimai yayımçısı olaraq kinoya hər zaman dəstəyimizi davam etdirəcəyik, dəyərli hekayələri və istedadları kəşf etmək və onlara imkan yaradmaq üçün səylərimiz də eləcə”.

Mərasimdə TRT Birgə Prodüser Mükafatları Pınar Yorgancıoğlunun rejissorluq etdiyi “Qaranlıqda Fısıltı”, Elif Eda Karagözün “Süd Çiftliği” və Büşra Bülbülün “Güvə Çiçəyi” filmlərinə təqdim edilib.

Ozan Yolerin “Gözəl Bir Gecə”, Pelin Esmerin “O da Bir Şey” və Rəis Çelikin “Kor Gecə” filmləri isə “TRT Ön Alım” mükafatına layiq görülüb.

Ali Özəl, “Gözlənti” filminə görə, Ərdəm Təpəgöz “Çığ”a, Mehmet Atan “Esmadan sonra”, Mert Berdilek “Arxada Kalan” Ali Aydın “Komplek” filminə görə Layihə İnkişafı Mükafatı qazanıb.

TRT Beynəlxalq Birgə Prodüser Mükafatları isə rejissor Georgi M. Unkovskinin “DJ Ahmet”, Aleksandros Avranasın “Apathy”, Rajko Qrliçin “It All Ends Here” və Hilal Baydarovun “Sermon to the Fish” filmlərinə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə