Ruslar “Eurovision”a alternativ yaradırlar?

Tanınmış rusiyalı prodüser İosif Priqojin Krımda keçirilə biləcək “Eurovision”un analoqunun yaradılmasını təklif edib. Priqojinin sözlərinə görə, müsabiqədə ABŞ da daxil olmaqla, bütün dünya ölkələri iştirak edə bilərdilər.

SİA bu barədə rus saytlarına istinad edir.

"Belə fikirlərim var, hələ ki, heç bir planım yoxdur. Mən bunu Krımda etməyi təklif edirəm, çünki Krım istirahət yeridir. İstirahətə gələn insanların hər zaman hansısa bir tədbirə getməyə həvəsləri daha çox olur. Krım da buna meyillidir".

Qeyd edək ki, Priqojin bunu “Danışan Moskva” radiostansiyasının efirindən danışarkən bildirib.

“... Bütün avropalı və amerikalılars bizim müsabiqədə iştirak etməsinin yolunu mən yaxşı bilirəm. Çünki bu sahədə mənim təcrübəm var". - prodüser əlavə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə