Yazıçı-publisist Aygün İbrahimlinin araşdırmaçı-jurnalist, bədii-tarixi əsərlər müəllifi Sabir Şahtaxtının Ankarada Türkiyə türkcəsində nəşr olunmuş “Azadlıq nəğməsi” romanı haqqında
Azadlığın nəğməsini yazanlar
Ulu babalarımız millət, dövlət olmaq yolunda çox mübarizələrə sinə gərib, bizə fəxr edə biləcəyimiz keçmiş miras qoya biliblər. Tarixin ağır sınaqlarından keçən, parçalara ayrılan qədim yurdumuzun başına gələn faciələrin səbəbini öyrənmək, həmin dövrdə hansı hadisələrin cəryan etdiyini incəliyinə qədər bilmək baş verənlərin mahiyyətini bizə daha yaxşı başa salır. O zaman mühakimələr, qınamalar daha ədalətli şəkildə olur. Bu baxımdan tariximizin hər dövrünü özündə əks etdirən söz mirasına böyük ehtiyac var.
Bu gün tariximizin bir çox dövrləri haqqında güvənə biləcəyimiz mənbələr elə də çox deyil.
Ona görə də bu qəbildən olan kitablar çox dəyərli və oxunması vacibdir.
İyirmidən çox kitabın müəllifi olan yazıçı-jurnalist Sabir Şahtaxtının Ankarada Türkiyə türkcəsində nəşr olunmuş “Azadlıq nəğməsi” romanını oxuduqdan sonra bu düşüncəm daha da möhkəmlənir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunan romanda otuz ilini geridə qoyduğumuz müstəqilliyimizə gələn yol və azadlıqdan sonrakı ilk illərdəki ictimai-siyasi ab-hava hərtərəfli şəkildə təsvir olunur.
Kitabı diqqətlə oxuyan oxucu ötən əsrin 1980-ci ilinin sonlarından başlayaraq Azərbaycanın ictimai-siyasi, eləcə də cəmiyyətin sosial-psixoloji həyatında hansı hadisələrin cəryan etdiyini incə detalarına qədər gözündə canlandıra bilər.
Vətənlə dialoq
“Ah, Vətən, Vətən... Canımdan çox sevdiyim Vətən! Qışın şaxtasında əsən küləyin də məni isindirirdi, Vətən! Axı haradan biləydim ki, doğulduğum gün sənin milli faciə günün olacaq, Vətən?..”
Əsər qəhrəmanın öz daxili dünyasında Vətəni ilə danışması, doğum günü olan 20 Yanvarın qanlı tarixə çevrilməsinin verdiyi iztirabdan doğan “qınama” ilə başlayır. Təbii ki, bu təəssüf hissi ad günü ilə bağlı deyil. Öz övladlarının ruhunu isindirən Vətənin acı taleyindən, başına gələnlərin qarşısını ala bilməməkdən doğan bir fəryaddır.
Əminəm ki, çoxlarımız bu fikrin mahiyyətinə vardıqdan sonra doğma yurddan uzaqda, isti evimizdə olsaq belə, içimizi üşüdən soyuqluğun səbəbini daha yaxşı anlaya bilərik.
Oxucuda elə bir fikir yaranmasın ki, müəllifin Şahvə adını verdiyi qəhrəmanı çətinliklər qarşısında aciz qalan, sızıldayan bir insandır. Əsəri oxuduqca Şahvənin timsalında o dövrün mərd, qorxmaz Azərbaycan oğullarının təsviri ortaya çıxır.
“Azadlıq nəğməsi” əsrin əvvəlində itirilmiş azadlığın yüzilliyin sonunda geri qaytarılması üçün xalqın hansı keşməkeşlərdən keçdiyini əsərin qəhrəmanının- Şahvənin yaşadıqları və dili ilə elə formada çatdırır ki, sanki 30 il əvvələ qayıdır və hadisələrin birbaşa iştirakçısına çevrilirsən.
Hərbi xidmətini başa vurub qayıdan Şahvə 1980-ci ilin sonlarından başlayan Meydan hərakatının iştirakçısına çevrilir. Əsərin həyəcanlı sehri də bu andan başlayır və sonadək oxucunu tərk etmir.
Şahvə sanki Meydan hərakatı ilə birlikdə yenidən doğulur. Müəllif Şahvənin timsalında gələcək müstəqil Azərbaycanın vətəndaşlarını, onların düşüncələrini formalaşdırır. Şahvə tək deyil. Ətrafında onun kimi düşünən, ölümün gözünə dik baxan onlarla insanlar var.
Müəllif Şahvəni sınaqlarla dolu həyat yolunda əsl Azərbaycan qızlarının xüsusiyyətlərini özünə cəmləşdirən Şölə ilə qarşılaşdırır.
Şölə sanki çətinliklərlə dolu həyatda Şahvənin mükafatıdır. Bu mükafatın dəyəri Şölənin qarşı cinsdən olmasında yox, hərtərəfli müsbət keyfiyyətlərin cəmləşdiyi bir insan olmasındadır.
Meydan hərakatı, həbs həyatı, yaşanan 20 Yanvar faciəsi, arxasınca Qarabağ müharibəsi, Şahvənin müharibədə iştirakı, yaralanması, qısası baş verən qanlı hadisələrin birbaşa iştirakçısı ilə irəliləmək o illəri yaşamış oxucunun yaddaşını təzələyir, yeni faktlarla qarşılaşdırır, gənc oxucular üçün öyrədici missiya daşıyır. Şahvənin doğum tarixinin-20 Yanvarın qanlı tarixə çevrilməsi, ardınca Şölənin doğulduğu günün Xocalı faciəsi ilə üst-üstə düşməsi, daha sonra 31 Mart soyqırımının xatırlanması fonunda bir xalqın tarixində nə qədər çox qanlı hadisələrin olduğu ortaya qoyulur.
Eyni zamanda, Azərbaycanın iki yerə bölünməsi faktı yada salınır, uyğur xanıma qarşı olan hörmət və sevginin timsalında bütün türk dünyasına qarşı yaxınlıq vurğulanır.
Əsərdə 1989-cu il dekabrın 31-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə indiki İranın Qərbi Azərbaycan vilayəti arasındakı sərhədin dağıdılması prosesi də təsvir olunur. Xalqın öz çoxillik həsrətini yox etmək istəyi nə qədər ülvi olsa da, prosesə icazə verənlərin niyyətlərinin arxasında, əslində, Naxçıvanın işğal ssenarisinin dayandığı göstərilir. Ermənilərin hər hansı bir hücumu qarşısında Naxçıvanın boşaldılması üçün “şərait” yaradıldığı, “Bu prosesə icazə verilməsi sovet hökumətinin məkrli bir planı olmasa, quş quşluğu ilə o sərhədlərə yaxın gedə bilməz” fikri vurğulanır.
Romanda ən vacib amil kimi millətdə milli şüurun önəmini qabardır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, çətinliklərə baxmayaraq həyata keçirdikləri heyranlıqla yada salınır. Milli şüura sahib olmaq üçün tariximizin öyrənilməsinin, doğru kitabların oxunmasının vacibliyi önə çəkilir.
“Gərək Vətənin dərdinə biganə olmayasan. Ölkəyə bəla gələndə hamını haqlayır” fikri biganəliyin bir millət üçün hansı nəticələri doğurduğuna diqqət çəkir.
Müəllif əsərdə həm də gözəl bir təzad yaradır. Əgər Şahvə ata-anası həyatda olmayan, maddi imkanları zəif biridirsə, onunla eyni müstəviyə çıxardığı Şölə yüksək vəzifəli dövlət məmurunun övladıdır. Əsərdə biz Şölənin və onun ailəsinin timsalında o çətin illərdə millətin müxtəlif təbəqələrindən olan insanların eyni amal üçün necə çırpındığının, narahatlıq keçirdiyinin şahidi oluruq. Meydan hərakatı ilə birlikdə Şahvənin həyatına daxil olan Şölə sonuna qədər onunla eyni yolda irəliləyir.
Bir haşiyə çıxıb qeyd edim ki, Şahvə ilə Şölənin hekayəsini oxuyanda İlham və Fərizənin nakam sevgisini, Meydan hərakatında iştirakları ilə bağlı İlhamın ailəsinin dilindən eşitdiklərimi xatırladım. Şahvə ilə Şölənin bu mübarizədən sağ və qalib çıxması, Azərbaycanın azadlığını görməsi oxucuya təsəlli olur.
Əsərin əsas süjet xətti ilə yanaşı, ailə dəyərlərimzin müsbət və incə məqamlarının altından xətt çəkilir.
Müəllif Şölədə insani keyfiyyətlərin formalşamasında ailəsinin rolunu önə çəkməklə bu amilin önəmini vurğulayır. Tarixi hadisələrin fonunda əsərdə xalqımızın milli xüsusiyyətləri də qabardılır. Şölə bütün çətinliklərə baxmayaraq sona qədər Şahvənin yanında olur. Eynilə Şahvə də öz sevgisinə sadiq qalır. Hadisələrin eniş-çıxışı, çətinliklər onu doğru, bütöv insan olmaqdan yayındırmır.
Şölənin ailəsinin timsalında Azərbaycan ailəsinə məxsus xüsusyyətlər təsvir edilir. Şölənin atası Murad müəllim nazir müavinidir, amma sadə xalqın nümayəndəsi olan Şahvəyə rəğbət bəsləyir. Onun qızının yanında olmasına qarşı çıxmır. Əksinə Şahvəni mübarizəsində dəstəkləməklə doğma Vətənin “Azadlıq nəğməsi”nin yazılmasını nə qədər çox istədiyinin şahidi oluruq. Təsadüfi deyil ki, Murad müəllimin polis oğlu da Qarabağ müharibəsində şəhid olur.
Şölənin atasının nə qədər xeyirxah və ehtiycı olanlara yardım etdiyini görürük. Yardım etmək üçün getdikləri tək yaşayan bir qadının qapısını döymək istədikləri zaman Şahvənin tərəddüdünü gördükdə “Əsas odur ki, qapını döyən kişi olsun” cümləsi ilə xalqımıza məxsus dəyəri, incə nüansı geniş şəkildə təsəvvürümüzdə canlandıra bilir.
Əsərdə baş verənlərin fonunda yaranan çörək qıtlığı, insanların çəkdiyi əziyyət, paylaşmaq mədəniyyətini də görürük. O çətin illərdə Naxçıvana gedən Şahvə vasitəsilə oradakı əhalinin hansı çətinliklərə üzləşdiyini, elektrik enerjisi, təbii qazı olmayan muxtar respublika əhalisinin evini qızdırmaq üçün hansı vasitələrdən istifadə etdiyini oxucuya çatdırır. O ağır illərdə umumilli lider Heydər Əliyevin Naxçıvanda, daha sonra Bakıda xalqımızın imdadına yetişməsi, çətin illərdə xalqın ulu öndərə arxalanması və birlikdə ölkənin ağır vəziyyətdən çıxması üçün göstərilən səylər xüsusi vurğulanır.
Əsərin əvvəlindən sonuna kimi yaşanan ağır hadisələri yüngülləşdirən, oxucuya təsəlli olan əsas məqamlardan biri Şahvənin azadlıq sevgisidirsə, ikincisi iki gəncin arasında olan ülvi məhəbbət, bir-birinə sadiqlik, hörmət və səmimiyyətdir. Təmiz sevgi bir stun kimi möhkəm dayanır, baş verən bütün çətinliklər, faciələr qarşısında sınmır. Gözəl ailə qurulur. Övlad həsrəti ailənin təməlini qətiyyən sarsıtmır, iman və inamın gücü qalib gəlir.
Müəllif sanki iki gəncin həyat yolunun timsalında Azərbaycanın, xalqımızın faciələr qarşısında sınmamasını, tükənməz mübarizəsini və sonunda günəşli günə çıxmasını paralelləşdirir. Şahvə və onun düşüncəsində olanların, bu yolda həyatını qurban verənlərin bir tək istəyi var. Vətəni Azərbaycanı azad, müstəqil görmək.
Savadlı, bacarıqlı Azərbaycan gənclərinin dünyanın texnolji cəhətdən ən inkişkif etmiş ölkələrindən biri olan Sinqapurda necə iş tapmasını, Vətəndən kənarda da milli dəyərlərinə sadiq həyat sürməsini göstərir. Ürəyi Vətən eşqi ilə döyünən Şahvə və Şölənin iki qız övladının məhz may ayında dünyaya gəlməsini, onların adlarının cümhuriyyətimizin qurulduğu aya uyğun qoyulmasını mistik simvol kimi qəbul etmək olar.
Övlad həsrətlərinə son qoyulan, maddi vəziyyəti yaxşı olan Şahvə və Şölə rahat yaşasalar da, doğma Vətənə dönməyə qərar verirlər.
Nəhayət, əsərin əvvəlindən Vətənin “Azadlıq nəğməsi”nin yazılmasında birbaşa iştirak edən Şahvə və Şölənin üzünün gülməsi, azad Azərbaycana dönmə qərarı oxucuya sevinc dolu köks ötdürə bilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



