“The Walt Disney Company” kompaniyasının rəqəmsal yayım platforması “Disney Plus” 14 iyundan etibarən Türkiyədə fəaliyyətə başlayır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
“Disney Plus” Türkiyədə 170-i orijinal olmaqla 1000-dən çox film, 400-dən çox serial, sənədli və xüsusi məzmunlu arxiv, 16 mindən çox seriyadan ibarət yerli orijinal istehsalı tamaşaçılara təqdim edəcək.
Qeyd edək ki, “Disney Plus” daha əvvəl Türkiyədə yayımlanacaq ilk xüsusi istehsalın Engin Akyüreyin baş rolda olduğu "Kaçış" serialı olacağını açıqlamışdı.
Platformada daha çox maraq doğuran məzmun isə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü olan 2023-cü ildə premyerası gözlənilən “Atatürk” layihəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB