Yaponiyanın paytaxtı Tokioda Türkiyə Festivalı keçirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Paytaxtın Şibuya bölgəsində yerləşən Yoyoqi yarmarkasında keçirilən festivala yaponlar böyük maraq göstərib.

Stendlərdə Osmanlı-türk mədəniyyətini əks etdirən, seçilmiş məhsullar nümayiş olunub.

Anadolu mətbəxindən nümunələrin təqdim edildiyi festivalda yemək və içki satış yerləri qarşısında növbələr yaranıb.

Tokio məscidinin hatibi İmam Kurra Hafiz Muhammet Rıfat Çınarın ifasında sufi musiqisi konserti səslənib.

Yunus Əmrə İnstitutunun (YEE) Tokio şöbəsi də bir stendlə festival sahəsində iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə