Onun ömür kitabını vərəqləyərkən gənc yaşlarında həyatı tərk etmiş bir şairin çoxsaylı əsərlərinə heyrətlənməyə bilmirsən. Şübhəsiz, məsələ təkcə əsərlərin sayında deyil. Hər biri şedevr hesab olunmağa layiq bu əsərlərin hər misrası, hər bəndi həyatdan nakam köçmüş müəllifin özü ilə oxucusu arasında yaratdığı əbədi mənəvi körpüdən xəbər verir. O körpü ki, şairin bu günümüz üçün də müasir olan həyat ideallarını bizlərə çatdırmaqdadır. “Yenə o bağ olaydı...”, “Oxu, tar!”, “Sənə qurban”, “Sənin gülüşlərin”, “Əbədiyyət nəğməsi”, “Həyat sevgisi”, “Sənin gözlərin”, “Mənim eşqim”, “Ürək” və digər şeirlər hər birimizin qəlbinə yaxındır.
Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. Atası 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib. Son iş yeri isə indi Mikayıl Müşfiqin adını daşıyan Bakı şəhərindəki 18 nömrəli orta məktəb olub.
Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.
Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.
Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.
Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.
Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:
Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”. “Özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim” yazan Mikayıl Müşfiq dahi şairin yaradıcılığından yaradıcı şəkildə bəhrələnib.
Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.
Mikayıl Müşfiq yaradıcılığında humanizm əsas aparıcı xətdir. Şairin fəal vətəndaş mövqeyi hər zaman özünü göstərir. “Dilənçi” şeirində “fəhlə-kəndli” cəmiyyətindəki ziddiyyətlərdən birinin – soyuq qış günündə körpə qızın dilənməsinin təsviri müəllifin mövcud rejimə etirazının bədii ifadəsidir. Onun poeziyasında insana yüksək qiymət, sevgi və digər bəşəri mövzular xüsusi yer tutur.
- deyən şair cahanın bəxtiyarlığını məhz onun insan qarşısında durmasında görür. Bu da insana verilən ən yüksək qiymətin poetik ifadəsidir. Onun şeirlərində irqindən, milliyyətindən asılı olmayaraq bütün xalqlar birdir.
Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.
Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, - deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.
Şair əmək, təhsil, ziyalı, səfil həyat keçirən uşaqlar, gənclərin düzgün tərbiyəsi, Vətənin görkəmli şəxsiyyətləri, sənət və sənətkar, həyat eşqi, təkliyin acı aqibəti, qadına hörmət, anaya məhəbbət və digər mövzuları poetik sənətkarlıqla işləyib. Maraqlıdır, şair çox körpə ikən anasını itirsə də, onun “Ana” şeiri poeziyamızda bu mövzuya həsr edilmiş ən yaxşı əsərlərdən biri hesab olunur:
Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bu gün Şahbuzda üç saat işıq olmayacaq
Sosial 01:03Gələn il üçün Almaniyadan FANTASTİK BÜDCƏ!
Dünya 00:03Azərbaycandan Hindistana neft ixracı artıb - MƏLUMAT
İqtisadiyyat 27 Noyabr 23:22Sumqayıtda zavodda partlayış olub - TƏCİLİ
Hadisə 27 Noyabr 23:03Gələn ay bu müəllimlər üçün test imtahanı keçiriləcək
Təhsil 27 Noyabr 22:32"Neftçi" "Zirə"ni də məğlub edib
İdman 27 Noyabr 22:19Bakıda kütləvi dava olub- 1 nəfər öldürüldü
Hadisə 27 Noyabr 22:02“Amerika dəhşət hekayəsi”ndən Vogue-a qədər...
Dəb 27 Noyabr 21:53ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Dünya 27 Noyabr 21:31Süni intellekt köhnə avtomobilləri həyata qaytarmağa kömək edir...
Texnologiya 27 Noyabr 21:28Psixoloq valideynlərə məsləhətlər verdi...
Sosial 27 Noyabr 21:06NATO-nun indiyə qədərki ən böyük müqaviləsi...
Dünya 27 Noyabr 20:49İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Dünya 27 Noyabr 20:43Bağdad İraq Kürdüstanından neft oğurlayan ölkələrin adını açıqlayıb...
Dünya 27 Noyabr 20:25Kreml üçün pis xəbər...
İqtisadiyyat 27 Noyabr 20:06Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Mədəniyyət 27 Noyabr 19:54Bankada olan hörümçəklər bir-birlərini yeyirlər...
Dünya 27 Noyabr 19:51Ukrayna “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
Dünya 27 Noyabr 19:41Mərkəzi Gömrük Hospitalında elmi-praktik simpozium keçirilib...
Səhiyyə 27 Noyabr 19:32ABŞ, Çini Rusiyaya verdiyi dəstəyi geri götürməyə məcbur edə bilər...
Dünya 27 Noyabr 19:27Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib...
Siyasət 27 Noyabr 19:12Kalininqrad yeni cəbhəyə çevrilə bilər...
Dünya 27 Noyabr 19:04Rusiyanı cənazə bumu bürüyüb...
Dünya 27 Noyabr 18:49Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Dünya 27 Noyabr 18:39Rus ordusuna cəlb edilən braziliyalılar qarət ediliblər...
Dünya 27 Noyabr 18:27Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Hadisə 27 Noyabr 18:15İvaşov çevrilişi və ya Rusiya hara gedir?
Dünya 27 Noyabr 18:05“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək
Mədəniyyət 27 Noyabr 18:01Mikayıl Cabbarov Dmitro Şlapaçenko ilə görüşüb
İqtisadiyyat 27 Noyabr 17:54Azərbaycanın strateji hədəfləri Avrasiyanın geoiqtisadi xəritəsini dəyişir - DEPUTAT
Siyasət 27 Noyabr 17:49İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Təhsil 27 Noyabr 17:48Mourinyoya şad xəbər
İdman 27 Noyabr 17:39Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Siyasət 27 Noyabr 17:28“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Sosial 27 Noyabr 17:25Oman sahillərində neft tankeri minaya düşüb
Dünya 27 Noyabr 17:17“Qara cümə”də kim qazanır: mağazalar, yoxsa alıcılar? - EKSPERT AÇIQLADI
İqtisadiyyat 27 Noyabr 16:16Azərbaycan təmsilçisi Moskvada beynəlxalq atçılıq turnirinin qalibi olub
İdman 27 Noyabr 15:56Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
Sosial 27 Noyabr 15:15Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq
Hadisə 27 Noyabr 15:15Manatın məzənnəsində sabitliyin 2027-ci ildə də qorunacağı gözlənilir - QURUMDAN AÇIQLAMA
İqtisadiyyat 27 Noyabr 15:04Mərkəzi Bank ölkənin güclü makroiqtisadi təhlükəsizlik buferinə malik olduğunu bildirib - QURUMDAN AÇIQLAMA
İqtisadiyyat 27 Noyabr 15:03“Vaşinqtonun mövqeyi NATO-da siyasi və hərbi koordinasiyanın gələcəyinə təsir göstərəcək” - ŞƏRH
Siyasət 27 Noyabr 14:23"Bu regionda yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları yaradacaq" - ŞƏRH
Siyasət 27 Noyabr 14:11Köhnə və aşınmış evləri almaq daha sərfəli hesab olunurmu? - ƏMLAK EKSPERTİ
Sosial 27 Noyabr 13:51Murat Ülker “Azersun Holding”in rəhbərliyi ilə görüşüb
İqtisadiyyat 27 Noyabr 13:33"İtaliya ilə əməkdaşlıq yerli istehsal və ixracı genişləndirə bilər" - İQTİSADÇI
İqtisadiyyat 27 Noyabr 13:23Azərbaycanda şənbə günü hava dumanlı olacaq
Sosial 27 Noyabr 13:16Uşaqlarda gecə öskürəyi hansı problemlərdən xəbər verir? - HƏKİM DANIŞDI
Səhiyyə 27 Noyabr 13:12"Torpaq sahələrinin sənədləşdirilməsi asanlaşacaq" - DEPUTAT DANIŞDI
Siyasət 27 Noyabr 13:05Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
Siyasət 27 Noyabr 12:42Məhkəmə əmri üçün dövlət rüsumu 25 manat müəyyənləşdirilib
Siyasət 27 Noyabr 12:40Malların uyğunluq sertifikatı və bəyannaməsi ilə bağlı tələblər yenilənir
Siyasət 27 Noyabr 12:37Torpaq sahələrinin dövlət qeydiyyatı üçün yeni sənəd tələbi müəyyənləşdirilir
Siyasət 27 Noyabr 12:32Tarixdə əbədi yaşayanlar
Təhsil 27 Noyabr 12:30"Azərbaycanın meşəçilik sahəsində elmi və praktiki imkanları genişlənəcək" - EKOLOQ DANIŞDI
Sosial 27 Noyabr 12:25Şirkətlərin ləğvi zamanı işçilərlə əmək müqavilələrinə xitam verilməsi qaydası dəqiqləşdirilir
Siyasət 27 Noyabr 12:10Elektron ticarətdə POS-terminallar və nağdsız ödənişlərlə bağlı qaydalar yenilənir
Siyasət 27 Noyabr 12:08Hərbi qulluqçuların törətdiyi inzibati xətalarla bağlı cərimə və həbs müddətləri dəyişir
Siyasət 27 Noyabr 12:06Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? - PSİXOLOQ AÇIQLADI
Səhiyyə 27 Noyabr 12:06Aqroparkların mütəxəssisləri üçün miqrasiya qaydaları sadələşdirilir
Siyasət 27 Noyabr 12:03"Orta Kür layihəsi Azərbaycanın enerji siyasətində yeni mərhələdir" - Sadiq Qurbanov
Siyasət 27 Noyabr 12:00QHT-lərin fəaliyyəti və qeydiyyatı ilə bağlı qaydalar dəyişir
Siyasət 27 Noyabr 11:56Əmək Məcəlləsinə dəyişiklik edilir
Siyasət 27 Noyabr 11:52"Uşaq və yeniyetmə dərisinin mürəkkəb kosmetik vasitələrə ehtiyacı yoxdur" - HƏKİM DANIŞDI
Sosial 27 Noyabr 11:47Orta Kür kontrakt sahəsi üzrə saziş birinci oxunuşda qəbul edilib
Siyasət 27 Noyabr 11:46"Ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyası hazırlanmalıdır" - Razı Nurullayev
Siyasət 27 Noyabr 11:38Səfirlik həm də Vətənin qürbətdəki evidir…
Mədəniyyət 27 Noyabr 11:37"Tarixi yaddaş ideoloji təxribatlara qarşı əsas dayaqlardan biridir" - Hikmət Babaoğlu
Siyasət 27 Noyabr 11:30Emin Əmrullayev Cəbrayılda vətəndaşları qəbul edəcək
Sosial 27 Noyabr 11:25Ələt Azad İqtisadi Zonasında daha iki data mərkəzi yerləşdirilə bilər
İqtisadiyyat 27 Noyabr 11:24Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTOLAR
Siyasət 27 Noyabr 11:22Tokayev məscidləri kitabxanalarla əvəz etməyi təklif edib..?
Dünya 27 Noyabr 11:21"Azərbaycan regionda sülhün əsas dayağıdır" - Bəhruz Məhərrəmov
Siyasət 27 Noyabr 11:17Rusiya Ukraynanın NATO-ya üzvlüklə bağlı açıqlamasına cavab verib
Dünya 27 Noyabr 11:10"Bu, Azərbaycanın iqtisadi nailiyyətlərinin möhkəmlənməsinin parlaq nəticəsidir" - ŞƏRH
Siyasət 27 Noyabr 11:06Silikon qablar nə zaman təhlükəli olur? - MÜTƏXƏSSİS AÇIQLADI
Səhiyyə 27 Noyabr 11:05Ukraynadakı döyüşlərə rusların yeni kamikaze dronu qatılıb...
Dünya 27 Noyabr 11:02Milli Məclisin növbəti plenar iclası keçirilir
Siyasət 27 Noyabr 11:01“Faiz subsidiyası fermerlərin maliyyə yükünü azalda bilər” -EKSPERT
Siyasət 27 Noyabr 10:54Özəl xəbərlər
Digər xəbərlərAzərbaycanın strateji hədəfləri Avrasiyanın geoiqtisadi xəritəsini dəyişir - DEPUTAT
Siyasət 27 Noyabr 17:49“Qara cümə”də kim qazanır: mağazalar, yoxsa alıcılar? - EKSPERT AÇIQLADI
İqtisadiyyat 27 Noyabr 16:16Manatın məzənnəsində sabitliyin 2027-ci ildə də qorunacağı gözlənilir - QURUMDAN AÇIQLAMA
İqtisadiyyat 27 Noyabr 15:04Mərkəzi Bank ölkənin güclü makroiqtisadi təhlükəsizlik buferinə malik olduğunu bildirib - QURUMDAN AÇIQLAMA
İqtisadiyyat 27 Noyabr 15:03“Vaşinqtonun mövqeyi NATO-da siyasi və hərbi koordinasiyanın gələcəyinə təsir göstərəcək” - ŞƏRH
Siyasət 27 Noyabr 14:23"Bu regionda yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları yaradacaq" - ŞƏRH
Siyasət 27 Noyabr 14:11
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8652
+0,11%
-
GBP
2,2298
+0,12%
-
RUB
2,0757
+0,94%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



