Hindistanın müstəqilliyinin 75 illiyi çərçivəsində Hindistanın Bakıdakı Səfirliyi “Gənclik Mall”da yerləşən “Cinema Plus” kinoteatrında Bollivud Hind filmlərinin nümayişi həyata keçirir. Filmlər Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq. Bu barədə səfirlikdən SİA-ya məlumat verilib.
Bollivud Hind filmlərinin nümayişi aşağıdakı qrafikə uyğun baş tutacaq:
1) Phillauri: 3 iyun saat 16:00
2) Badrinath Ki Dulhania: 4 iyun saat 11:00
3) Nil Battey Sannata: 5 iyun saat 16:00
Hamı dəvətlidir. İlk gələnə ilk xidmət əsasında giriş pulsuzdur
3 iyun 2022-ci il
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB