Muzeydə Qarabağın maddi mədəni irsinə həsr edilmiş növbəti elmi seminar keçirildi - FOTO
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar olaraq 31 mart 2022-ci ildə Milli Azərbaycan Tarixi Muzeyində “Qarabağın maddi mədəni irsi muzey kolleksiyasında” mövzusunda Arxeoklubun elmi seminarı keçirilmişdir.
Bakı şəhərinin Nizami rayonundakı 312 saylı məktəbin VIII və IX sinif şagirdlərinin iştirakı ilə keçirilən seminarda muzeyin Arxelogiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə çıxış edərək muzeyin Arxeologiya Fondunun tarixi, Qarabağ ərazisində tapılmış artefaktlar barədə məlumat vermişdir.
Arxelogiya elmi fond şöbəsinin elmi işçisi Emin Məmmədovun məruzəsi Qarabağ ərazisində aşkarlanmış, muzeydə qorunan qədim və ilk orta əsrlərə aid arxeoloji artefaktlar, orta əsr abidələri, Azərbaycan arxeoloqlarının fəaliyyəti, muzeydə belə materialların qorunması və təbliğinə həsr edilmişdir.
Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova muzeyin Numizmatika Fondu, fonnda qorunan Qarabağ ərazisində aşkarlanmış numizmatik faktlar barədə ətraflı məlumat vermiş, onların tədqiqinin zəruriliyini vurğulamışdır.
Elektron prezentasiyalarla müşayiət olunan seminarda maraqlı diskussiya təşkil edilmiş, şagirdlər Qarabağ ərazisində aşkarlanmış, hazırda Arxeologiya fondunda qorunan müxtəlif dövrlərə aid məişət əşyaları, əmtəə vasitələrini əyani surətdə müşahidə etmişlər.
Şagirdlər həm də muzeydə olan “Nizami Gəncəvi və Azərbaycan atabəyləri dövləti” və “Qarabağın incisi – Şuşa” sərgilərinə də tamaşa etmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB