“Kalush Orchestra” qrupu qazandıqları kuboku satıb

Bir müddət bundan əvvəl “Avroviziya 2022” Beynəlxalq Mahnı Müsabiqəsində qalib olan Ukraynanın "“Kalush Orchestra”" qrupunun üzvləri qazandıqları kuboku hərraca çıxararaq satıblar.

SİA-nın əldə etdiyi məlumata görə, “Stefania” mahnısı ilə qalibiyyət qazanan qrupu ötən bazar günü kuboku hərracda 900 min dollara satıb.

Aksion ukraynalı aparıcı Sergiy Pritula tərəfindən "Facebook" sosial şəbəkəsində aparılıb.

Sergiy Pirtula bildirib ki, satışdan əldə olunan vəsait Ukrayna Silahlı Qüvvələrinə veriləcək üç təyyarə və yerüstü idarəetmə stansiyasından ibarət pilotsuz uçuş aparatları kompleksinin alınmasına sərf olunacaq

Bütün xəbərlər Facebook səhifəmizdə