Azərbaycan Türkiyədə rəqəmsal incəsənət festivalında iştirak edəcək
Azərbaycan iyunun 3-12-də Türkiyənin İstanbul şəhərində keçiriləcək “2-ci İstanbul Rəqəmsal İncəsənət Festivalı”nda iştirak edəcək. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, festival Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “PAŞA Bank”ın baş sponsorluğu ilə, “MEZO Digital” tərəfindən təşkil ediləcək.
Qeyd edək ki, tədbirdə həmçinin süni intellekt sayəsində hazırlanmış Azərbaycan rəssamının əsərləri nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB