Batabatda “Xalq yaradıcılığı günü” keçiriləcək

Muxtar respublikanın Şahbuz rayonunun füsunkar guşəsi olan Batabat yaylağında “Xalq yaradıcılığı günü” keçiriləcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 28 May - Müstəqillik Günü münasibətilə keçiriləcək tədbir mayın 29-u saat 11-də başlayacaq. Burada zəngin mətbəx nümunələrinin dadına baxmaq, milli musiqilərimizi dinləmək, milli rəqslərimizi, folklor nümunələrimizi və xalq oyunlarını izləmək mümkündür.

Tədbirdə ailə təsərrüfatı məhsullarının sərgi-satışı da təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə