Beynəlxalq “Buker” mükafatının qalibi hindistanlı yazıçı olub

Beynəlxalq “Buker” mükafatının qalibi hindistanlı yazıçı Geetanjali Shree olub.

SİA APA-ya istinadən xəbər verir ki, o, “Tomb of Sand” əsəri ilə nominasiyada qalib gəlib.

Qeyd edək ki, mükafatın qısa siyahısında Nobel mükafatı laureatlı Olqa Tokarçukla (Polşa) yanaşı aşağıdakı müəlliflər də var idi:

Mioke Kawakami (Yaponiya) "Heaven"
Claudia Pineiro (Argentina) "Elena Knows"
Jon Fosse (Norveç) "A New Name Septology VI-VII”
Bora Chung (Cənubi Koreya) "Cursed Bunny"

Xatırladaq ki, 2005-ci ildən təsis olunan Beynəlxalq “Buker” mükafatı ingilis dilinə tərcümə olunmuş və Böyük Britaniyada çap edilmiş əsərlərə verilir.

50 min funt-sterlinq dəyərində olan mükafat müəllif və tərcüməçi arasında bərabər bölünür.

Mükafatın ilk laureatı albaniyalı yazıçı İsmael Kadare olub.

Qeyd edək ki, Geetanjali Shree 1957-ci ildə Hindistanda anadan olub. Bir sıra helayələr və 5 roman müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə