Mədəniyyət həm də təhlükəsizlik məsələsidir - MƏDƏNİYYƏT NAZİRİ DANIŞDI

“Bu gün sizin-mədəniyyət xadimlərimizin həyatında və bizim mədəniyyət tariximizdə əlamətdar bir gündür. Cənab Prezident tərəfindən təltif olunursuz. Bu ordenləri də təqdim etmək mənim üçün bir şərəfdir”. SİA xəbər verir ki, bu sözləri bir qrup mədəniyyət və incəsənət xadimlərinin təltif olunma mərasimində çıxışı zamanı Mədəniyyət naziri Anar Kərimov bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövləti hər zaman az mədəniyyət işçilərinin yanındadır: “Mədəniyyətimizə töhfə verən, xidmət edən şəxslərə hər zaman diqqət və qayğı göstərilir. Ulu Öndər Heydər Əliyev mədəniyyətin cəmiyyətin inkişafında nə qədər vacib olduğunu söyləyirdi. Təbii ki, bu ənənələr cənab Prezident tərəfindən davam etdirilir. Biz mədəniyyəti çox geniş və dərin bir məhfum kimi görürük.

Mədəniyyət həm də təhlükəsizlik məsələsidir. Bizim müstəqilliyimizin, inkişafımızın ən vacib sahələrindən biridir. Siz-mədəniyyət xadimləri çox vacib və uğurlu bir iş görürsünüz. Cəmiyyətin inkişaf etdirilməsi, yeni nəslin düzgün tərbiyə edilməsində hər birinizin böyük rolu var. Mədəniyyətsiz cəmiyyət möhkəm olmaz. Mədəniyyətimizin inkişaf etməsində isə məhz sizlərin, dəyərli mədəniyyət xadimlərinin rolu əvəzsizdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə