İstanbulda “Qardaşlıq dastanı” adlı musiqili şou proqramı

İstanbulda türkdilli xalqlar arasındakı bağları özündə əks etdirən “Qardaşlıq dastanı” adlı musiqili şou proqram keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, teatr və rəqsin birləşdiyi “Qardaşlıq dastanı” türk toplumlarının ortaq dəyərləri və mədəniyyətinin zənginliklərindən bəhs edib.

Tarixin müxtəlif dövrlərini əhatə edən, on iki fərqli hekayədən ibarət proqramda türkdilli xalqlara, o cümlədən Vətənimizə məxsus şair-aşıq sənəti, dastanlar, folklor nümunələri, tarixi və mistik qəhrəmanlar canlandırılıb. Proqramda Türkiyə və Azərbaycandan olan yüzə yaxın rəqqas yer alıb.

Şou proqramın İstanbuldan sonra Ankara, Mərsin, Adana, Bursa, Eskişehir olmaqla Türkiyənin fərqli vilayətlərində nümayişi nəzərdə tutulur.

Alagöz Holdinq tərəfindən təşkil olunan proqramın bədii rəhbəri Sərhat Turakdır.

Bütün xəbərlər Facebook səhifəmizdə