Helsinkidə caz konserti keçirilib...

...Finlandiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə

Finlandiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Helsinkidə caz konserti keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, ölkəmizin İsveç Krallığı və eyni zamanda, Finlandiya Respublikasında səfiri Zaur Əhmədov və Finlandiyanın bir sıra dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Azərbaycanın və Finlandiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Azər-Türk Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarova çıxış edib. Keçirilən konsertin həm 28 May - Müstəqillik Günü, həm də Azərbaycan-Finlandiya əlaqələrinin 30 illik yubileyinə həsr olunduğunu deyən diaspor fəalı ölkələrimizi və xalqlarımızı birləşdirən ümumi dəyərlərdən söz açıb.

Sonra Fariz Rzayev çıxış edərək ölkəmizin Finlandiya ilə əlaqələrinin əhəmiyyətini qeyd edib. Azərbaycan-Finlandiya əlaqələrinin dinamikasının, təhsil, iqtisadiyyat və mədəniyyət sahələrində davamlı əməkdaşlığın olduğunu yüksək qiymətləndirən nazir müavini ölkələrimizin potensialını nəzərə alaraq bu münasibətlərin daha da inkişaf etməsinin labüdlüyünü bildirib. Onun sözlərinə görə, indi Azərbaycan uzun illər işğal altında olmuş ərazilərdə tikinti-quruculuq işləri apararaq orada "ağıllı şəhər-kənd" texnologiyaları tətbiq edir. Bu da öz növbəsində həmin sahələrdə böyük təcrübəsi və texnoloji həlləri olan Finlandiya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanlar açır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...