Bu il şüarımız “muzeylərin gücü” adlanır - DİREKTOR DANIŞDI

Bu gün Azərbaycan Milli Xalça Muzeyində “Danışan Abidələr” adlı sərgi keçirilir. Bu sərgini biz 18 may-Beynəlxalq Muzeylər Gününə həsr edirik. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib.

Onun sözlərinə görə, bu bayram hər il qeyd olunur və hər il onun bir şüarı olur: “Bu il isə şüarımız “muzeylərin gücü” adlanır. Bizim sərgimiz Qarbağa, orada dağıdılmış mədəniyyət abidələrinə həsr olunub. Bugünkü tədbirimiz də sırf bu abidələrə, xüsusilə də muzeylərə həsr olunub”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə