Çətən qədimi sənət nümunəsidir - ƏMƏKDAR XALÇAÇI RƏSSAM DANIŞDI

“Bu gün unudulmaqda olan, daha dəqiq desək unudulmuş bir sənət haqqında məlumat verəcəm. Bu çətəndir. Çətən sözü bağlamaq sözündəndir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Əməkdar xalçaçı rəssam Tariel Bəşirov bildirib.

Onun sözlərinə görə, vaxtilə çətən bizim məişətimizdə geniş istifadə olunmuş bir sənət nümunəsi olub: “Əsasən də alaçıqlarda əsas məişət əşyası olub. Çətənin funksiyası çoxdur, yəni onu işləmək mexanizmləri müxtəlifdir. Bizim muzeyimizdə unudulmuş sənətləri bərpa etməklə bağlı ənənəvi şöbə fəaliyyət göstərir. Biz həm də bu unudulmuş sənətə marağı olan gənclərimizə bunu öyrədirik. Mütəmadi olaraq burada dərslər keçirilir. Mən şəxsən bu gün dərs zamanı çətənin hazırlanması haqqında gənclərimizə danışacam. Çox istərdim ki, gənclərimiz bu sənətlə məşğul olsunlar, yenidən bu sənəti dirçəltsinlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə