35 saylı Musiqi Məktəbinin “Şuşa ili” çərçivəsində yekun konserti keçirilib - FOTOLAR

May ayının 17-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi G.Şaroyev adına 35 saylı 11-illik musiqi məktəbinin “Şuşa ili” çərçivəsində yekun konserti keçirilib. Tədbirdə aparıcı, məktəbin müəllimi Nərmin İskəndərova “Şuşa ili”nə həsr olunmuş “Cənnət görmək istəyən Azərbaycana gəlsin” şeirini səsləndirib:

Vətənimin seyrinə çağırıram elləri,
Sərvət görmək istəyən Azərbaycana gəlsin!
Bəzənib başdan-başa şəhərləri, kəndləri
Cənnət görmək istəyən Azərbaycana gəlsin!

Qanımızda dövr edən sədaqətdir, sədaqət,
Günəşdən də parlaqdır gözümdən bu həqiqət.
Dostuna, qardaşına təmənnasız məhəbbət,
Hörmət görmək istəyən Azərbaycana gəlsin!

Gözəlliklər Vətənə gözəllərindən gəlir,
Dostluğun-qardaşlığın təməllərindən gəlir.
Könüllərin müqəddəs əməllərindən gəlir,
Qüdrət görmək istəyən Azərbaycana gəlsin.

Saysız qəhrəmanların
Qurub yaradanların,
Qocasında, gəncində, bu sadə insanların
Şöhrət görmək istəyən Azərbaycana gəlsin!

Payızında, qışında, baharında, yazında
Dinir dostluq nəğməsi könüllərin sazında.
Sabaha addımlayan mərd oğlunda, qızında
Qeyrət görmək istəyən Azərbaycana gəlsin!

Zavalsızdır ömürlük qoynundakı bağça, bağ,
Məhəbbəti, şöhrəti dolaşır oymaq-oymaq,
Al bayraqlar altında alnı açıq, üzü ağ,
Millət görmək istəyən Azərbaycana gəlsin!

Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.
Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Sonra aparıcı Nərmin İskəndərova tamaşaçıları “Cənnət görmək istəyən Azərbaycana gəlsin” adlı konsertə baxmağa dəvət etdi. Konsertin repertuarı belə olub:

1.Q.Qarayev “ Vals”.İfa edir: VI sinif şagirdi Fatimə Məmmədova Müəllim: Kəmalə Qafarova

2.N.Əliverdibəyov “ Elegiya”.İfa edir: Respublika və Beynəlxalq müsabiqələr laureatı V sinif şagirdi Elvin Rəhimov. Müəllim : Əməkdar artist Zaman Həsənov Konsertmeyster: Kəmalə Ələsgərova

3.L.Piriyeva “ Prelüdiya “. İfa edir: Müəllif. Müəllim: Sevinc Əliyeva - Qəmbərova

4.P.Bülbüloğlu “ Gəl ey səhər “. İfa edir: Respublika müsabiqələri laureatı VIII sinif şagirdi Rəsul Cahangirli Müəllim: Yevgeniya Məmmədova Konsertmeyster: Lalə Bağırzadə

5.T.Quliyev “ Səhər nəğməsi “. İfa edir:Respublika və Beynəlxalq müsabiqələr laureatı XI sinif şagirdi Sadəddin Cumayev Müəllim: Turan Bədəlli Konsertmeyster: Dinar İsgəndərova

6.Xalq rəqsləri işləməsi. İfa edir: Qanun kvarteti Müəllim: Leyla Küçükaslan

7.F.List - F.Şopen “ Piruşka “.İfa edir: Respublika və Beynəlxalq müsabiqələr laureatı V sinif şagirdi Cəlalə İsmayılzadə Müəllim: Əməkdar müəllim Kamilla Əmirova

8.C.Cahangirov “ Qarabağ “. İfa edir: IV sinif şagirdi Təranə Mövsümova Müşayiət edirlər: tarda Elbrus Məmmədyarov kamançada Bayraməli Əliyev nağarada Bəhruz Hüseynov Müəllim: Murad Rüstəmzadə

9.Xalq mahnısı “ Laçın “ işləyəni: Svetlana Əhmədova. İfa edir: Respublika və Beynəlxalq müsabiqələr laureatı VIII sinif şagirdi Asim Rzazadə Müəllim: Vaqif Məmmədov Konsertmeyster: Svetlana Əhmədova

10. Saz havası “Ruhani “.İfa edirlər: Respublika və Beynəlxalq müsabiqələr laureatları V sinif şagirdləri Amin Həsənli və Murad Dadaşəliyev Müəllim: Anar Alnağıyev

11. F.Əmirov- E.Nəzırova Alban mövzuları əsasında “ Süita (III- IV hissələr) “.İfa edirlər : Respublika və Beynəlxalq müsabiqələr laureatları IX sinif şagirdləri Leyli Nəcəfova və Polina Porxomenko Müəllimlər: Əməkdar müəllim Kamilla Əmirova ,İrina Semyonova

12. H.Rzayev “ Cahargah “ İfa edir:Respublika və Beynəlxalq müsabiqələr laureatı IX sinif şagirdi İkram Abdullazadə Müəllim: Elşən Əmrahov Konsertmeyster: Svetlana Əhmədova

13. P.Bülbüloğlu “ Şən Azərbaycan “ . İfa edir:Respublika və Beynəlxalq müsabiqələr laureatı V sinif şagirdi Cəlal Bəşirli Müəllim : Yevgeniya Məmmədova Konsertmeyster: Lalə Bağırzadə

14.S.Tsintsadze “ Xorumi “. İfa edir: Respublika müsabiqəsi laureatı XI sinif şagirdi Nargilə Əliyeva Müəllim: Ramin Məmmədov Konsertmeyster: Svetlana Əhmədova

15.A.Dvorjak 8 nömrəli “ Slavyan rəsqi “. İfa edirlər: Respublika və Beynəlxalq müsabiqə laureatları IX sinif şagirdi Nəzir Əhmədov və XI sinif şagirdi Həbib Kərimov Müəllim: Qüdrət Məmmədov Konsertmeyster: Svetlana Əhmədova,

16.E.Sabitoğlu “ Azərbaycan “.İfa edir: Respublika və Beynəlxalq müsabiqələr laureatı IX sinif şagirdi Aydan Həmzəyevə Müşayiət edirlər: tarda Elbrus Məmmədyarov kamançada Bayraməli Əliyev nağarada Bəhruz Hüseynov Müəllim: Əhsən Əhmədov.

Təbirin sonunda məktəbin direktoru Vəfa Həziyeva konsertdə iştirak edən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin işçilərinə, başda İbrahim Əliyevə, 11, 13, 16, 24, 26, 33 saylı uşaq musiqi məktəblərinin direktorlarına kollektiv adından öz minnətdarlığını bildirib. Sonra söz Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevə verib.

İbrahim müəllim çıxış edərək qeyd edib ki, “Bu günki konsert hamının ürəyincə oldu. Çünki Şuşa bizimdir, bizim torpağımızdır, 30 il Şuşanın həsrətində olmuşuq. Sağ olsun, Ali Baş Komandan İlham Əliyev cənabları, sağ olsun bizim ordumuz! İndi bizim şagirdlərimiz ürəklə oxuyub, musiqi alətlərində ifa edirlər. Bir vaxt gələcəkdir ki, bu şagirdlərin içərisində əməkdar, xalq artisti adına layiq görülənlər olacaq”.

Sonra məktəbin üç müəllimi Niyaz Məhərrəmova, Rəna Almazova, Evgeniya Məmmədova Fəxri fərmanla təltif olunublar.

Məmmədhəsən Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...