"Xarıbülbül" festivalı dünyaya bir mesaj idi - DEPUTAT DANIŞDI

“Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa 1992-ci ilin mayından sonra "Xarıbülbül" festivalının keçirilməsinə həsrət idi. Nəhayət 2020-ci ilin noyabrın 8-də Şuşa şəhəri Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan ordusu tərəfindən düşmən işğalından azad edildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan əsgəri dünyaya bəyan etdi ki, torpaq onun üçün müqəddəsdir, torpaq üçün şəhid olmağa dəyər: “Torpağı heç bir zaman düşmən tapdağı altında saxlamaq olmaz. Azərbaycan əsgəri əliyalın, soyuq silahla Şuşanın sıldırım qaylarını fəth edərək, bu şəhəri azad etdi.

2021-ci ildə ənənəvi “Xarıbülbül” festivalının dördüncüsü, bu il isə beşincisi keçirildi. Əslində bu yalnız musiqi festivalı deyildi. Şuşada bu festivalın keçirilməsi Azərbaycan musiqiçilərinin və Azərbaycana qonaq gələn musiqiçilərin böyük uğuru deyildi. Bu hər şeydən əvvəl bir siyasi məsələ idi. Yəni Azərbaycan mədəniyyət beşiyi olan Şuşanı qəhərəmancasına vuruşaraq, düşmən tapdağından azad etdi. Bundan sonra isə Şuşa işğal olunana qədər keçirilən festivalın keçirilməsi bərpa edildi. Bu dünyaya bir mesaj idi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...