Çanaqqala Troya Muzeyi Avropa Muzeylər Günündə təmsil olunacaq

2022-ci ildə 18-cisi keçiriləcək Avropa Muzeylər Günündə bu il Türkiyənin Çanaqqala Troya Muzeyi də təmsil olunacaq. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Troya Muzeyinin direktoru Rıdvan Gölcük sözügedən mövzu ilə bağlı deyib: “Avropa Şurası, UNESCO (BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatı) və Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən təşkil edilən bu tədbir mayın 18-də keçiriləcək.

Avropa Muzeylər Günündə Avropadakı muzeylər yerli saatlarla 23.00-a qədər açıq olur.

Türkiyə 17 ildir bu tədbirdə iştirak edir. Bu il Troya Muzeyi bu muzeylər arasındadır. Amma dünyadakı nümunələrindən fərqli olaraq Troya muzeyi Türkiyə vaxtı ilə gecə saat 20.00-24.00 arası açıq və pulsuz olacaq. İkinci gün isə bələdçi ilə Troyada bir günlük özəl gecə turu edəcəyik.

Muzeyin bağçasındakı zeytun bağında Troya əfsanəsi və İlliada dastanından səhnələr Troya Muzeyi 3D xəritəçəkmə görüntüsü (video xəritəçəkmə, təbii teksturaya uyğun filmlər və animasiyaların yayımı) ilə ilk dəfə seyirçilərə təqdim olunacaq.

Mayın 18-də birinci 3D xəritəçəkmə görüntüsü təqdimatına başlayacağıq. Daha beşini isə ilboyu xüsusi gecələr təşkil edərək gələnlərlə paylaşacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...