Şuşada tədbirlərin keçirilməsi həm də dünyaya verilən sülh mesajıdır - DEPUTAT ŞƏRH ETDİ

"Vətən müharibəsindən sonra ölkə başçısı Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə dəfələrlə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda müxtəlif obyektlərin təməlqoyma mərasimlərinə, açılışlarında və s. tədbirlərdə iştirak edib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.

Onun sözlərinə görə, hər səfər zamanı yeni bəyanatlar olur, yeniliklərlə qarşılaşırıq: "Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşa kiçik muzey şəhəridir. Hər birimizin qəlbində Şuşa ilə bağlı xüsusi bir hiss var. Şuşa cənab Prezidentin göstərişi ilə dirçəlməyə başlayıb. Şuşa dünyanın ən gözəl turizm mərkəzlərindən birinə çevriləcək. Burada klassik görkəmlə çağdaş arxitekturanın harmoniyası mövcud olacaq. Bu həm turizm əhəmiyyətini artıracaq, həm də mədəni dəyərlərini artıracaq. "Xarıbülbül" festivalı bir neçə ildir ki, keçirilirdi. İşğaldan azad edildikdən sonra ilk dəfə keçən il keçirilən "Xarıbülbül" festivalı bu il də öz möhtəşəmliyi ilə yadda qaldı. Festivalın açılışında dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak ediblər. Bu, festivalın əhəmiyyətini daha da artırdı. "Xarıbülbül" festivalında dost, qardaş ölkələrin folklor ansamblları iştirak etmişlər. Bu cür festivalların, qurultayların Şuşada keçirilməsi onun dünya səviyyəsində əhəmiyyətini artırmış olur. Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı yox, Qafqazın incisi yox həm də dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Bunun üçün də lazım olan bütün addımlar atılır. Şuşada bu cür tədbirlərin keçirilməsi həm də dünyaya verilən sülh mesajıdır. Bu gün hər bir azərbaycanlı tolerantdır, multikultural dəyərləri özündə ehtiva edən bir şəxsdir. Bu məsələlər dövlətimizin çox vacib siyasi məsələlərindən biridir. Mədəni dəyərlərimizin təbliğ olunmasında Azərbaycanın bir çox tarixi abidələrlə zəngin olan şəhərləri var. Şuşa da onlardan biridir. Yaxın zamanda özünün tarixi görkəmi ilə, zəngin abidələri ilə bizim dünyada təmsil edəcəyimiz şəhərlərdən birinə çevriləcək".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...