Ürəkdən doğan mahnılar ürəyə yol tapır

TRT/Azerbaycan saytı Brilyant Dadaşovanın ifasında səslənən “Azərbaycan-Türkiyə” mahnısı nın müəllifi, Azərbaycanın tanınmış şair-bəstəkarı Aybəniz Gülərdən eksklüziv müsahibə alıb və oxuculara təqdim edir... SİA Türkiyə mətbuatına istinad edir.

Azərbaycanın xalq atristi Brilyant Dadaşovanın ifasında səslənən “Azərbaycan-Türkiyə” mahnısı ölkənin sərhədlərini keçərək Türkiyədə də yayılıb. TRT/Azerbaycan saytı sözügedən mahnının müəllifi, Azərbaycanın tanınmış şair-bəstəkarı Aybəniz Gülərdən eksklüziv müsahibə alıb və oxuculara təqdim edir.

Brilyant Dadaşova: “Aybəniz xanım çox istedadlı bəstəkardır. Çox gözəl mahnıları var. Bəstələdiyi “Türkiyə-Azərbaycan” mahnısının sözləri də çox gözəldir.

Ərdoğan qardaşımızdır,

Ən yaxın sirdaşımızdır.

Bayraq ulduzdan, aydan,

Bir ürəkdə iki can:

Türkiyə, Azərbaycan.”

Aybəniz Güllər: “Mən də təşəkkür edirəm Brilyant xanıma ki, o gözəl və məlahətli səsi ilə bu mahnını oxuyub və dinləyənlərə sevdirə bilib.

Biz sənətkar arxa cəbhənin döyüşçüləriyik. Əsgərlərimizə həmişə dəstək olduq. Bəstəkarlar, müğənnilər - hamı həmrəy idi, bir idi və ona görə qalib gəldik. Belə bir dövrdə belə bir əsər yarandı. Çox sadam ki, bu mahnını məhz Azərbaycanın incisi Brilyant Dadaşova oxudu.

Biz bir millət, iki dovlətin həmişə səfərbər insanlarıyıq. Əsgərlərimiz silahla, biz qələmlə Vətənə xidmət edirik. Qarabağımızı geri almaq uğrunda 44 günlük Vətən Müharibəsi dövründə yaranan “Türkiyə-Azərbaycan” əsərim hər iki dovlətin siyasət və əzəmətini göstərən qardaşlıq, birlik simvoludur.

Mahnım xalq tərəfindən qəbul edildi, sevildi və qardaş Türkiyə də maraqlandı, paylaşdı, yaydı manımı.

Vətən sevgisi ən uca, ən ali sevgidir. Mən fəxr edirəm ki, qalib Azərbaycan dövlətinin övladıyam”.

“Bəstəkar musiqini, mahnını yaradır, ifaçı isə onu yaşadır” deyir Aybəniz Güllər.

Aybəniz xanım Azərbaycan musiqisi xəzinəsinə bir-birindən dəyərli, əvəzsiz mahnılar bəxş edir. Bəstəkar həm də öz mahnılarının sözlərini özü yazır.

Bədəlova Aybəniz Bədəl qızı Azərbaycanın Naxçıvan Muxtar Respublikasında dünyaya gəlib. Anası Güllər Qəmli bir-birindən gözəl şeir kitablarının müəllifi olub. İrsi yaradıcılıq qabiliyyəti olan Aybənizin istedadı məktəb vaxtlarından ortaya çıxıb. 5-ci sinifdən yazan balaca qız artıq 7-ci sinifdə Naxçıvan Şairlər İttifaqının tədbirində görkəmli şairlər qarşısında öz şeirini oxuyub və hər kəsi heyran etməyi bacarıb.

Musiqi duyumu da söz qədər yüksək idi Aybəniz Bədəlovanın, anası da qızını bəstəkar görmək istəyirdi. “Şeiri ikimiz də yazırıq, amma bunlara mahnı bəstələyəcək bir musiqiçi lazımdır” deyirdi.

5 illik kamança təhsilindən sonra Qənbər Hüseynli adına Gəncə Musiqi Kollecində fortopiano şöbəsində xor drijorluğu üzrü oxuduqdan sonra Aybəniz xanım musiqi təhsilinin son mərhələsini konservatoriyada tamamlayıb.

Anasının adını özünə təxəllüs seçən Aybəniz Güllər uzun müddət Naxçıvan Muxtar Respublikası Flarmoniyasında xor dirijoru olaraq fəaliyyət göstərib, həm də qadınlar şurasının sədr müavini olub.

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar İttifaqının üzvü olan Aybəniz xanımın ən böyük uğurlarından biri 705 saylı Naxçıvan qarnizonu üçün bəstələdiyi marşdır. Bu marş onun vətənpərvərlik mövzusundakı ilk böyük əsəri idi.

2000-ci illərin əvvəlində həyat yoldaşının işi ilə əlaqədar Bakıya köçdükdən sonra Aybəniz Güllər sənətinin zirvəsinə doğru daha böyük addımlar atmağa başlayıb.

Söz və müsiqi harmoniyasını varlığında yaşadan Aybəniz Güllər 27 ildir bəstəkarıəq fəaliyyəti göstərir. “Ürəkdən doğan mahnılar ürəyə yol tapır, sevgidən bəhrələnən əsərlər sevgi doğurur” deyir şair-bəstəkar.

Romans, caz, caz-rok, rok janrlarında da əsərləri olan Aybəniz xanımın yaradıcılığının böyük hissəsini vətənpərvərlik mövzusundakı əsərləri tutur. Özü bu barədə deyir: “Bakıya gəldiyim zaman ilk işim unudulmaz sənətkar İlhamə Quliyeva ilə idi. Onun üçün silsilə mahnılar bəstələdim. Hətta İlhamə xanım bir müsahibəsində belə demişdi ki, “Əvvəllər Üzeyir Hacıbəyovdan oxuyardım, indi isə Aybəniz Güllərdən oxuyuram”. Elxan Əhədzadə, Alim Qasımov ilə birgə “Şuşa” layihəmiz, Ramil Qasımovun ifa etdiyi romansım, “Buta” mükafatına layiq görülən Lalə Məmmədovanın ifasında caz janrnda olan “Qorxuram” mahnım, Brilliant Dadaşovanın ifasında “Zəfər Zirvəsi” mükafatını alan “Türkiyə-Azərbaycan” nəğməm mənim canımın parçaları, hər bir yaradıcılıqdan doğan balalarımdır.

Hesab edirəm ki, yaradıcılığının incilərindən biri ulu öndər Heydər Əliyevin vəfatından sonra keçirdiyim kədəri ifadə etdiyim rekviemdir. Sözləri anama məxsusdur. Cənab prezdient İlham Əliyevin şərəfinə bəstələdiyim də əsərlərim var.

Layiqli Azərbaycan qızı olmaq və Azərbaycan əsərlərini sərhədlərimizdən kənarda da tanıtmaq ali məqsədlərimdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə