Mayın 12-də İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil olunan müsabiqənin 2-ci yarımfinalında 18 ölkənin təmsilçiləri yarışacaqıar.
Azərbaycan, Finlandiya, İsrail, Serbiya, Gürcüstan, Malta, San-Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Polşa, Monteneqro, Belçika, İsveç və Çexiya təmsilçiləri öz performanslarını nümayiş etdirəcəklər.
Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə çıxış edəcək.
Səsvermədən sonra ilk onluğa daxil olmağı bacaran ölkələr mayın 14-də keçiriləcək finalda mübarizə aparmağa haqq qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB