Heydər Əliyev Fondunun təşəbbüsləri bu gün artıq dünya üçün bir nümunədir - DEPUTAT DANIŞDI

“Ümumiyyətlə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin mədəni, dini irsini qorumaq missiyası artıq dünyanın özündə bir nümunədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov bildirib.

Onun sözlərinə görə, nəinki ölkəmizdə, bir çox Avropa ölkələrində dünyanın mədəni, dini irsinin xilası üçün Heydər Əliyev Fondunun təşəbbüsləri bu gün artıq dünya üçün bir nümunədir: “Qeyd edim ki, Azərbaycanın tarixi, mədəni irsinin bir hissəsi Qarabağın payına düşür. İşğaldan azad edilmiş Qarabağda və ətraf rayonlarda bizim minlərlə dini nümunələrimiz var. Hansı ki, onların da böyük bir hissəsi işğal dövründə erməni vandalizminə məruz qalıb. Müqəddəs düşmən tərəfindən mundarlanıb. Bunu cənab Prezident istər çıxışları, istsrə də Qarabağa səfərləri zamanı qeyd edib ki, bizim inanc yerlərimizə, maddi, mənəvi irsimizi özündə əks etdirən, tarixi yaşadan abidələrimiz erməni vəhşiliyi, vandalizmi nəticəsində yer üzündən silinib. Onların məqsədi bizim bu qədər geniş olan tarixi irsimizi məhv etməkdir.

2016-cı ildə möhtərəm cənab Prezident aprel döyüşlərində bunun artıq bizim savaşımızn ilk çağırışları olduğunu bildirmişdi.

Təbii ki, işğaldan azad olunmuş ərazilərdə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər danılmazdır. Xüsusilə də Mehriban xanım burada bərpa quruculuq işləri ilə yaxından tanış olur, hər bir detala diqqət edir. Eyni zamanda burada bir çox xarici ölkələrin şirkətləri məhz bu ərazilərin dirçəldilməsi üçün səfərbər edilib.
Yəni hazırda Heydər Əliyev Fondunun əsas işi Qarabağın yenidən qurulması və tarixi irsimizin bərpa olunaraq, min illər boyu xalqımıza xidmət etməsini təmin etməkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə