Xarıbülbül Şuşanın mədəniyyətini və Qarabağı təmsil edir - DEPUTAT ŞƏRH ETDİ
“Xarıbülbül” festivalının keçirilməsi artıq bir ənənə halını alıb. Cənab Prezidentin və Mehriban xanımın burada iştirakı da bu festivala xüsusi qiymət verir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, bunu yalnız Azərbaycan miqyasında deyil, ümumən dünya miqyasında çox nüfuzlu mədəni, siyasi bir hadisə kimi dərk etməyə kömək edir: “Əlbəttə nə qədər ki, Şuşa düşmən işğalında idi Xarıbülbül bizim üçün kədərin, qüssənin simvolu idi. Amma Şuşa azad olunduqdan sonra Xarıbülbül bizim üçün eyni zamanda mədəniyyətimizin, incəsənətimizin, musqimizin azadlığı və müstəqilliyi simvoluna çevrildi.
Ümumiyyətlə, Xarıbülbül təbii ki, güldür. Amma bununla yanaşı o, eyni zamanda Şuşanı təmsil edir. Xarıbülbül Şuşanın mədəniyyətini və Qarabağı təmsil edir. Odur ki, Qarabağın hər dəfə mədəniyyətini, incəsənətini daha da dərindən dərk etmək, dünyaya tanıtmaq üçün bu simvoldan istifadə olunması bir xalq olaraq böyük bir kəşfimiz kimi qəbul edilə bilər. Düzdür bunu təbiət bizə verib. Təbiət xalqa, insanlara, cəmiyyətə bir çox şeylər bəxş edə bilər. Amma o cəmiyyət də onu gərək tanısın, dərk etsin. Onunla öz varlığını, mövcudluğunu, istedadını, ruhunun dərinliyini tanısın. Bu baxımdan Xarıbülbül həm də bizim bir əsərimizdir. Bu tək təbiət hadisəsi deyil, təbiəti dərindən dərk edənlərin incəsənət əsəridir. Festivalda böyük sənətkarlar iştirak edəcək. Keçən dəfə də hər kəs bu böyük günün şahidi oldu.
Cənab Prezident “Şuşa azaddır” dedikdə tək bir şəhərin, məkanın azad olunmasını nəzərdə tutmurdu. Bu həm də o, məkanın bizə verdiyi mənəviyyatın azad olunmasıdır. Bu xüsussiyyətlərə görə "Xarıbülbül" festivalının keçirilməsi ilə fəxr edirik. Onun da önündə tək hərbi qələbələrin yox, mənəvi, ruhi qələbələrin müəlifləri cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva gedirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB