Ümummilli Liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konfrans keçirilib - YENİLƏNİB-FOTOLAR
Bu gün Azərbaycan Film Fondunda Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Azərbaycan Dövlət Film Fondunun direktoru, kinorejissor Cəmil Quliyev, kinorejissor Elxan Qasımov, Ayaz Salayev, kinoşünas Aydın Kazımzadə və digər mədəniyyət xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Film Fondunun direktoru, kinorejissor Cəmil Quliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan kinosuna verdiyi böyük töhfədən danışıb. O bildirib ki, Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan kinematoqrafiyası beynəlxalq miqyasda tanınmağa başlandı: “Məhz həmin dövrdən başlayaraq Azərbaycan kinosunda çox vacib və mühüm hadisələr baş verdi”.
Çıxışını davam etdirən Cəmil Quliyev Prezident İlham Əliyevin "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 23 fevral tarixli sərəncamı və Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair dövlət proqramının bu sahənin inkişafı üçün geniş imkanlar yaratdığını bildirib.
Daha sonra çıxış edənlər ulu öndərin vaxtilə gördüyü işləri diqqətə çatdıraraq, Heydər Əliyevin kino sahəsində qoyduğu ənənələrin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Konfransın sonunda ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB