Milli suverenliyin mənasını yeni nəsillərə izah etmək lazımdır

Bu gün Heydər Əliyev Sarayında 23 aprel milli suverənlik və uşaq bayramı ilə əlaqədar tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdən əvvəl rəsm sərgisini izləyən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı jurnalistlərə açıqlama verib.

“Uzun müddətdən, pandemiyadan sonra 23 Aprel Bakıda böyük bir təntənə ilə keçirilir. Burada əziyyəti keçən hər kəsə təşəkkürümüzü bildiririk.

23 Aprel Atatürkün dünya uşaqlarına həsr etdiyi milli suverənlik və uşaq bayramıdır. Milli suverənliyin nə mənaya gəldiyini yeni nəsillərə izah etmək lazımdır. Sadəcə Türkiyədə deyil, dünyanın hər yerində milli suverənliyin nə qədər önəmli olduğunu, Vətən, torpaq, bayraq bunların müqəddəsliyini hər bir uşağa izah etmək vacibdir. Bu baxımdan milli suverənlik əslində anlamlı və dəyərli bir bayramdır. Çünki biz milli suverinliyi 19 may 1919-cu ildə atılan addımla nə mənaya gəldiyini gördük. Amasya, Ərzurum, Sivasdan yayılan milli savaşın da göstəricisidir bu bayram.

Bu gün də iki dövlət, tək millət anlayışına uyğun şəkildə bir bayram proqramı izləyəcəyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə