Əhməd Cavad Azərbaycan poeziyasının önəmli şəxslərindəndir - MİLLƏT VƏKİLİ DANIŞDI

“Cənab Prezident İlham Əliyevin tərəfindən Əhməd Cavadın 130 illik yubleyinin keçirilməsinə dair sərəncamın imzalanması çox böyük tarixi əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, Əhməd Cavad Azərbaycan poeziyasının və ictimai-siyasi fikrinin eyni zamanda azərbaycançılıq idelogiyasının ən nəhəng xadimlərdindən biridir: “Bizim xalqımız hər zaman Əhməd Cavada borcludur. Əhməd Cavad repressiya qurbanı olsa da, onun xidmətləri unudulmazdır. O, bütün 20-ci və 30-cu illərdə Türk dünyasının məşhur bir şəxs olub. Hər zaman mübahisəli məsələlərdən olsa da, Əhməd Cavad Azərbaycan Respublikasının himninin müəllifidir. Həmçinin türk dünyasının tanınan və bilinən şeirlərinin müəllifidir. Əhməd Cavadın şeirlərinə hər zaman musiqilər bəstələnmişdir. Hamının bildiyi kimi Əhməd Cavad repressiyaya məruz qalmışdır və yalnız özü yox bütün ailəsi bu hadisənin qurbanına çevrilmişdir. Bu gün səslənən ən gözəl nəğmələrin şeirləri məhz onun adı ilə bağlıdır. Misal olaraq “Şükriyyə” şeiri bu gün Azərbaycan poeziyasının ən gözəl nümunələrindən biridir. Əhməd Cavad bizim ölkədə yaxşı təhlil olunub, çünki bir müddət bir sıra tədqiqatçılarımız onun haqqında araşdırmalar etdilər. Ancaq bunlarla yanaşı mübahisəli məqamlarda çoxdur”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə