Bu gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Səhnədən səngərə: Qazilər” layihəsi çərçivəsində tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Anar Kərimov da iştirak edib.
“Əziz qazilərimiz, hörmətli qonaqlar və media nümayəndələri hər birinizi salamlayıram. Bu video çarx həqiqətən insanı olduqca qürurlandırır. Bizim üçün fəxrdir ki, bu möhtəşəm qələbədən sonra Azərbaycan xalqının böyüklüyünü, Cənab Prezidentin iradəsi və siyasi diplomatikasını, eyni zamanda xalqın bir yumruq kimi birləşməsinin şahidi olduq”. Bu sözləri çıxışı zamanı Mədəniyyət Naziri Anar Kərimov bildirib. Onun sözlərinə görə, Azərbaycan xalqının belə dövrlərdə bir yumruq olaraq birləşib, öz mövqeyini ortaya qoymasını əbədiləşdirməliyik: “Bu yeni nəsillər üçün də örnək olmalıdır.
Biz öz mədəniyyətimizə və köklərimizə bağlı bir xalqıq.
Orada canından keçənlərə Allahdan rəhmət diləyirik. Qazilərimizə isə uzun ömür arzulayıram.
Burada olan qazilərimiz isə həm döyüş zamanı səngərdə, həm də istər müharibədən, istərsə də müharibədən sonra mədəniyyət səngərində vuruşur, öz bacarıqlarınızı ortaya qoyursuz. Biz sizinlə fəxr edirik!
Siz bizim ləyaqətimizi düşmənlə üz-üzə ikən qorudunuz. Ona görə də bizim üzərimizə düşən ilk iş sizin bu şücaətinizi əbədiləşdirməkdir.
Siz bir daha sübut etdiz ki, biz böyük xalqıq. Bir daha sizə ürəkdən təşəkkür edirik. Hər biriniz bizim üçün olduqca dəyərlisiniz. Biz də Mədəniyyət Nazirliyi olaraq hər zaman sizin arxanızdayıq”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB