“Səhnədən səngərə: Qazilər” layihəsi çərçivəsində tədbir keçirilib
Bu gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Səhnədən səngərə: Qazilər” layihəsi çərçivəsində tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Anar Kərimov da iştirak edib.
Tədbirin açılış nitqini Mədəniyyət Nazirliyinin mətbuat katibi Məryəm Qafarova edib. O, çıxışı zamanı layihə ilə bağlı məlumat verərək, keçirilən tədbirlərin mahiyyətinin nə qədər önəmli olduğunu qeyd edib.
Daha sonra isə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış video-çarx nümayiş etdirilib. Video-çarxda Vətən müharibəsi zamanı öz şücaətini göstərməklə yanaşı, mədəniyyət səngərində də öz istedadlarını sərgiləyən qazilərimiz barədə məlumat verilib.
Daha sonra isə Mədəniyyət naziri Anar Kərimov çıxış edərək, qazilərlə fəxr etdiyini, Mədəniyyət Nazirliyi olaraq hər zaman onların arxasında olduğunu qeyd edib.
Sonda qazilər nazir tərəfindən fəxri-fərmanla mükafatlandırılaraq, xatirə şəkli çəkilib. Tədbirin bədii hissəsində isə qazilərin ifasında rəqs və musiqi nümunələri təqdim olunub.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB