Tümendə Fərman Salmanova həsr olunmuş rəsm sərgisi açılıb

Rusiyanın Tümen şəhərində məşhur Azərbaycan və Rusiya geoloqu Fərman Salmanova həsr olunmuş rəsm sərgisi açılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və Tümen Uşaq və Yeniyetmələrə Dəstək Fondunun təşkil etdikləri “Qara qızıl” sərgisində uşaqların yüzdən çox rəsmi nümayiş olunur.

Təşkilatçılar ən yaxşı rəsmlərin müəlliflərinə diplomlar təqdim ediblər.

Açılış mərasiminin sonunda Fərman Salmanova həsr edilmiş sənədli film göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə