Fikrət Əmirovun 100 illiyi qeyd olunub - VİDEO

Prezident İlham Əliyev dünya şöhrətli bəstəkar Fikrət Əmirovun 100 illiyinin qeyd olunması ilə bağlı müvafiq sərəncam imzalayıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bununla əlaqədar Gəncədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunan əbədi-bədii gecə keçirilib. Tədbirdə əvvəlcə 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükuta yad edilib.

Xalq artistləri Fərhad Bədəlbəyli, Siyavuş Kərimli, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və digər qonaqlar çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığından, Azərbaycan musiqisinə olan misilsiz töhfələrindən söhbət açıblar.

Tədbirin rəsmi hissəsindən sonra bəstəkarın mahnılarından ibarət konsert proqramı baş tutub.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə