Heykəlləri qoruyaq şüarı altında ictimaiyyəti maarifləndirməyə çalışırıq - NAZİR MÜAVİNİ DANIŞDI

“Bu gün - 18 aprel tarixi Beynəlxalq Abidələr və Tarixi Yerlər günüdür. Bu əlamətdar günün əsası UNESCO tərəfindən 1983-ci ildə qoyulub. Hər il bu tarixi gün qeyd edilir. Azərbaycan Respublikasında da bu gün geniş qeyd olunur”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib.

Onun sözlərinə görə, bizim bütün regionlarımızda və Bakıda seminarlar, konfranslar və sərgilər keçirilir: “Abidələrimizin qorunması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva böyük işlər görüb. Ölkə başçısının qayğısı nəticəsində bu gün heykəllərimiz tədqiq və bərpa olunur, eyni zamanda böyük layihələr icra olunur. Heykəlləri qoruyaq şüarı altında biz təkcə heykəlləri təmizləmək və zahiri görünüşünü qaydaya salmağı nəzərdə tutmamışıq. Bizim əsas məqsədimiz bu tarixi abidələr haqqında ictimaiyyəti, xüsusilə də gənc nəsli maarifləndirməkdir. Bu layihəyə ilk olaraq Bakıda start veririk. Sözsüz ki, bütün regionlarda da bu layihə davam etdiriləcək. Bu gün bu layihədə iştirak edən və layihəyə dəstək verən hər kəsə minnətdarıq”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə