Alla Puqaçovanın xəstəliyi ciddidir..?

Bəstəkar İlya Reznik bildirib ki, Alla Puqaçova xəstədir və İsraildə müalicə olunur

Rusiyalı bəstəkar İlya Reznik müğənni Alla Puqaçovanın xəstə olduğunu bildirib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “BLITZ+” nəşri məlumat yayıb.

Reznik qeyd edib ki, ifaçı İsraildə müalicə alır. “Alla Borisovna qorunmalıdır. Onun çoxlu xəstəlikləri var, ona görə də İsraildə müalicə alması, dərmanlara və həkimlərə piyada məsafədə çata bilməsi çox yaxşıdır. Ona cansağlığı arzulayıram”, - deyə şair vurğulayıb.

Martın əvvəlində Alla Puqaçova və Maksim Qalkinin İsrailə getməsi məlum olub. Müğənninin sözlərinə görə, cütlük övladları ilə istirahət etmək, həmçinin sağlamlıqlarını yaxşılaşdırmaq üçün ölkəni tərk ediblər.

Qeyd edək ki, bir müddət bundan əvvəl sənətçinin hazırda yerləşdiyi ştatda uşaqları üçün məktəb axtarması ilə bağlı xəbərlər yayılmışdı.

Nazlı Babayeva

Bütün xəbərlər Facebook səhifəmizdə